image-qanunla-reklam
image-1652641090-ramzan_kadyrov_-2018-06-15-_01

Kadırov Rusiyanın daha bir kəndi işğal etdiyini açıqladı

image-lady-day-az

Rusiya hərbçiləri Sumı vilayətinin Rıjevka kəndini işğal ediblər. 

Qanunla.Az xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov “Telegram” kanalında bildirib.

“Aslambek Saliyevin komandanlığı altında olan Axmat-Çeçenistan alayının döyüşçüləri digər rus bölmələrinin hərbi qulluqçuları ilə birlikdə taktiki əməliyyatlar keçirərək daha bir yaşayış məntəqəsini – Kursk vilayəti ilə sərhəddə yerləşən Rıjevka kəndini düşməndən azad ediblər”, – o yazıb.

Kadırov əlavə edib ki, irimiqyaslı hücum hərəkətləri nəticəsində Ukrayna tərəfi xeyli itki verib və geri çəkilməyə məcbur olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki