image-qanunla-reklam
image-1695191667-0n3a0631

“İtkilərlə bağlı dezinformasiyalar yayılır” – Elşad Hacıyev

image-lady-day-az

“Erməni sosial şəbəkə seqmentləri ajiotaj yaratmaq üçün yalandan məlumat yayırlar ki, guya vəziyyət onların xeyrinədir. Lakin bu belə deyil”.

Qanunla.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi, polkovnik-leytenant Elşad Hacıyev brifinqdə deyib.

“Hazırda itkilərlə bağlı dezinformasiyalar yayılır. Onların yaydığı məlumatlar 100 faizi yalandır. Həmin ərazidə olan əməliyyatlar yüksək dəqiqliklə aparılır”, – E.Hacıyev bildirib.

O qeyd edib ki, 10-a yaxın lazımsız informasiyalar yayan şəxslər nazirliyə dəvət olunaraq söhbətlər aparılıb.

“Biz həm müraciət edib, həm də xəbərdarlıq edirik ki, yayılan informasiyalara diqqət yetirsinlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki