İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Rəfah şəhərinə iki həftə ərzində tam nəzarəti ələ keçirə bilər.
Qanunla.Az xəbər verir ki, bu barədə “Yerusəlim Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, hazırda şəhər ərazisinin 60-70%-i əməliyyat nəzarəti altındadır.
Qeyd edilir ki, hazırda Rəfahın Şabura və Tel əs-Sultan rayonlarında HƏMAS-ın son iki batalyonu ilə döyüşlər artıq başlayıb.