Ermənistanda səhər saatlarından etibarən arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları başlayıb.
Qanunla.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, polisin xüsusi təyinatlı dəstələri olan “Qırmızı Beretilər” itaətsizlik aksiyasının iştirakçılarını saxlamağa başlayıblar.
Bildirilir ki, saxlanılanlar arasında KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov da var.
Bununla yanaşı, aksiya iştirakçıları Ermənistanda İrana gedən yolu bağlayıblar.