image-qanunla-reklam
image-metyu-miller-1

İran nüvə proqramını genişləndirir: ABŞ cavab verəcək!

image-lady-day-az

Beynəlxalq Atom Enerjisi Agentliyinin Fərdo nüvə obyektində yeni sentrifuqaların quraşdırılması ilə bağlı hesabatı göstərir ki, İslam Respublikası öz nüvə proqramını etibarlı sülh məqsədləri olmayan yollarla genişləndirmək istəyir.

Qanunla.Az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O, Tehranın MAQATE müşahidəçiləri ilə əməkdaşlıq etmədiyi təqdirdə Vaşinqton və müttəfiqlərinin İrana təzyiqləri artırmağa hazır olduqlarını söyləyib:

“İran hökuməti bu proqramları həyata keçirsə, biz də buna uyğun cavab verəcəyik. İslam Respublikası daha gecikmədən, qanuni öhdəliklərini tam yerinə yetirmək üçün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməlidir”.

Qeyd edək ki, “Röyters” avropalı diplomatlara istinadən İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin Qəyyumlar Şurasının ötənhəftəki qətnaməsinə cavab olaraq Fərdo və Nətənz obyektlərində uranın zənginləşdirilməsi həcmini genişləndirdiyini yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki