image-qanunla-reklam
image-qirici-su57

İlk dəfə: Rusiyanın ən müasir qırıcısı vuruldu – Foto

image-lady-day-az

İyunun 8-də Həştərxan vilayətindəki Axtubinsk aerodromunda Su-57 qırıcısı məhv edilib.

Qanunla.Az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi aerodromdan çəkilmiş peyk görüntülərinə istinadən məlumat yayıb.

“İyunun 7-də qeydə alınmış bir görüntüdə Su-57-nin bütöv şəkildə dayandığı, iyunun 8-də çəkilmiş görüntülərdə isə onun ətrafında partlayışdan yaranmış çuxurlar və yanğın izləri görünür. Bu, məhv edilən ilk Su-57-dir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Su-57 Rusiyanın ən müasir çoxhədəfli qırıcısıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki