“Səyyar qəbul otağı” həftənin ilk günü Tərtər rayonunun Düyərli kəndində qurulub.
Qanunla.Az xəbər verir ki,aksiyaya üz tutan vətəndaşların qaz təchizatı ilə bağlı problem və təklifləri dinlənilib. Sakinlər qaz xəttinin yerinin dəyişdirilməsi, fərdi qazlaşma, qaz sayğacının yenisi ilə əvəz olunması və s. bu kimi müraciətlər ediblər. Ünvanlanan suallar Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb və lazımi izahatlar verilib.