image-qanunla-reklam
image-kebee

Həcc ziyarətində dəhşət: Məkkədə yüzlərlə zəvvar öldü

image-lady-day-az

Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 577-yə çatıb.

Qanunla.Az xəbər verir ki, bu barədə “Frans-Press” agentliyi (AFP) məlumat yayıb.

Adının açıqlanmasını istəməyən iki ərəb diplomatı ölənlərdən ən azı 323-nün Misir vətəndaşı olduğunu bildirib. Onların ölümünün əsas səbəbi şiddətli istilər olub.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, ölən zəvvarlardan 60 nəfəri iordaniyalıdır.

Səudiyyə Ərəbistanının Milli Meteorologiya Mərkəzi iyunun 17-də Məkkə Böyük Məscidində 51,8 dərəcə isti qeydə alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki