image-qanunla-reklam
image-qeza-vaz

Göyçayda ağır qəza: sürücünün qolu qopdu – Video

image-lady-day-az

Göyçayda dəhşətli yol qəzası baş verib.

Qanunla.Az xəbər verir ki, hadisə 08:20 radələrində Göyçay-Ağsu yolunun Bığır kəndindən keçən hissəsində qeydə alınıb.

VAZ-2107 markalı avtomobil ZİL markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində VAZ markalı avtomobilin sürücüsünün qolu çiynindən qoparaq kənara düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, VAZ-ın sürücüsü yuxulu olub və yüksək sürətlə ZİL-i arxadan vurub. Yük maşını zərbənin gücündən aşıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki