image-qanunla-reklam
image-1718023469-4eaf6d0f-3401-4c6b-9a00-e78c9a122ea4

FHN əməkdaşı iş yoldaşını güllələdi

image-lady-day-az

İyunun 10-da, saat 15 radələrində bir nəfər şəxsin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub. 

Gəncə şəhər prokurorluğundan Qanunla.Az-a bildirilib ki, araşdırmalarla 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Zahid Sarıyev şübhəli şəxs qismində tutulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki