image-qanunla-reklam
image-1696968254-6524f2d6efd786524f2d6efd7916969202786524f2d6efd746524f2d6efd76

Ermənistanın Gəncədə törətdiyi terrordan 3 il ötür

image-lady-day-az

Ermənistanın Gəncədə törətdiyi terrordan 3 il ötür.

“Qanunla.az” xəbər verir ki, 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı Qüvvələri Gəncədə daha bir terror törədiblər.

Belə ki, hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə, Ermənistan ərazisindən “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.

Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki