image-qanunla-reklam
image-1704794423_1_e98a2f3304947e0cf48b531e90137fa9

Dövlət sərhədində Pakistan vətəndaşı saxlanıldı

image-lady-day-az

Yanvar ayının 8-də saat 15:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşı 1999-cu il təvəllüdlü Süleyman Javed Masıh saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  Qanunla.Az-a  verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki