image-qanunla-reklam
image-1697698035-1574929437_yol-13

Bu yolda hərəkət məhdudlaşdırılır – Sürücülərin nəzərinə

image-lady-day-az

Bakının Xətai rayonundakı Cavanşir yolötürücüsündə aparılacaq texniki yoxlamalarla əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Qanunla.az” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən yoxlamalar 19, 20 və 21 oktyabr 2023-cü il tarixlərində saat 23:00-dan saat 23:15-ə qədər aparılacaq.

Agentlik sürücülərə qeyd olunan qısa müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan və sözügedən körpünün aşağısından keçən yoldan istifadə etmələrini tövsiyə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki