image-qanunla-reklam
image-1697096122-6433900746939643390074693a168110080764339007469346433900746936

Bu tarixdə Günəş tutulacaq

image-lady-day-az

Oktyabrın 14-də ilin sonuncu Günəş tutulması baş verəcək.

Bu barədə “Qanunla.az”a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, Günəş tutulması tam, halqavari, hibrid və qismən tutulmalara ayrılır. Bu tutulma halqavari tutulma olacaq.

Ay Yerdən bir qədər uzaqlaşdığında (apogeydə və yaxınlığında) Ayın diski Günəş diskini tam örtə bilmir və bu zaman halqavari tutulma müşahidə olunur.

Günəşin Ayın ətrafında “atəş halqası” yaratdığı bu halqavari tutulma ABŞ, Meksika, Mərkəzi Amerika, Kolumbiya və Braziliyadan keçən dar bir zolaqda görünəcəkdir. Venesuela, Ekvador, Boliviya, Paraqvay və Çilidə isə qismən tutulma müşahidə olunacaq.  Tutulmanı Azərbaycandan izləmək mümkün olmayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki