image-qanunla-reklam
image-qar-quba

Bu rayonlarımıza qar yağır

image-lady-day-az

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, hazırda Şəki, Xaltan, Şabranda yağış, Altıağac, Şahdağ, Qusar, Quba, Qaxda (Sarıbaş) qar yağır.

Şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında arabir 33 m/s-dək güclənib. Qax, Balakən, Gədəbəy, Daşkəsəndə küləyin sürəti 20 m/s, Şabranda isə 17 m/s-yə çatıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metr təşkil edib.

***

Ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, saat 15:00-a olan məlumata görə, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Zaqatala rayonunun yüksək dağlıq ərazilərində (Əlibəy) 40 m/s, Şəkidə 25 m/s, İsmayıllı, Ağdamda 22 m/s, Göyçayda 21 m/s, Ağstafada 20 m/s, Mingəçevirdə 19 m/s, Bərdə, Ceyrançöldə 18 m/s, Şirvanda 17 m/s, Tərtərdə 16 m/s, Zaqatala, Qəbələdə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 5.2 metrə çatıb.

Hazırda Şabranda yağış, Altıağac, Qəbələ, Xaltan, Şahdağ, Qrız, Qusar, Quba, Şəki, Qaxda (Sarıbaş) qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcəyədək isti, Naxçıvan MR-da 7-12, Aran rayonlarında 14-18, dağlıq rayonlarda 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki