Bu gün mövcud resurs və imkanlar çərçivəsində elm və təhsil siyasətinin hədəflərini optimal formalaşdırmışıq.
Qanunla.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
“İstəyimiz odur ki, təhsilin məzmunu və müəllimlərin keyfiyyəti artsın. Öz fənnini bilməyən müəllimlərlə əməkdaşlıq etmirik, müqavilələri uzatmırıq. Bunu sevə-sevə etməsək də, məcburuq. Hesab edirəm ki, bu gün müəllimlərin işə qəbul prosesi uğurludur. Belə də davam edəcəyik”, – nazir bildirib.