“Fəal öyrənmə: Təşəbbüskar və məsuliyyətli şagirdlər yetişdirmək” qrant layihəsi çərçivəsində açılış mərasimi keçirilib.
“Qanunla.az” xəbər verir ki, layihə çərçivəsində müasir təhsil yanaşmalarına əsaslanaraq şagirdlərin tədris prosesində fəal iştirakının artırılması və şagirdyönümlü tədris mühitinin gücləndirilməsi məqsədilə müəllimlərin peşəkar inkişafına yönəlmiş xüsusi proqramın icrası nəzərdə tutulur. Bu məqsədlə 4 nəfər pedaqoji heyət üzvünün Cambridge Universitetinin “Develop Your Understanding of Active Learning and How to Apply It in Your Teaching Practice” adlı beynəlxalq onlayn kursunda iştirakı planlaşdırılır. Müəllimlər kurs çərçivəsində fəal öyrənmə prinsiplərini, həmçinin interaktiv dərs modellərini mənimsəyəcəklər.
Qeyd edək ki, “Fəal öyrənmə: Təşəbbüskar və məsuliyyətli şagirdlər yetişdirmək” qrant layihəsi İbrahimova Nigar tərəfindən 287 nömrəli Zəkalar liseyində həyata keçirilir. Layihənin əsas məqsədi fəal öyrənmə yanaşmasının məktəbin tədris prosesinə inteqrasiyası, müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi və şagirdlər üçün daha interaktiv tədris mühitinin formalaşdırılmasıdır.
#EduGrants #GrantsEduAz #QrantMüsabiqəsi #IXQrant
Orxan Rasifoğlu



























