image-qanunla-reklam
image-1696877563_qaz_esas_025684

Bu gün Ucarda qaz olmayacaq

image-lady-day-az

Bu gün Ucar rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə “Qanunla.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Ucar” və “Lək 1-ci xətt” qaz ölçü qovşaqlarından qidalanan kollektorlarda görüləcək təmir işləri, eləcə də Qəzyan, Xalac və Lək qaz xətləri üzərində olan siyirtmələrin təmiri ilə bağlı “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək 1-ci xətt” ölçü qovşağından oktyabrın 27-də saat 09:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Ucar şəhəri daxil olmaqla rayon üzrə əhali qrup istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki