image-qanunla-reklam
image-cekk

Bu gün Konstitusiya Məhkəməsində bundan vacib nə iş ola bilər?

image-lady-day-az

Bütün Ziyalılardan, Deputatlardan, Hüquqşünaslardan və Konstitusiya Məhkəməsinin hakimlərindən Xahiş edirik Oxuyun və Xalqa dəstək olun ( bu məqalədə olduğu kimi – https://ayna.az/tarixi-edalet-tecelli-edir? ) Son 6 ayda Konstitusiya Məhkəməsi bundan vacib hansı işi araşdırıb?

DİQQƏT – DİQQƏT

18 oktyabr 2023-cü il tarixində Dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup Qarabağ müharibəsi və əmək veteranlarının nümayəndəsi Mübariz Yolçiyev tərəfindən KONSTITUSIYA Məhkəməsinin Sədri Fərhad Adbullayevə müraciət ünvanlamışdır.

Hörmətli Fərhad müəllim!

Dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup Qarabağ müharibəsi və əmək veteranlarının Konstitusion Hüquqlarını pozduğunu hesab etdiyimiz bəzi normativ hüquqi aktların Konstitusiya Məhkəməsi tərəfindən araşdırılması üçün 22 may 2023-cü il tarixdə Sizə ünvanladığımız Konstitusiya Şikayətinə yazılı cavab ala bilmədiyimiz üçün bu vətəndaşların vəkili olaraq13 iyul 2023-cü il tarixində Sizə yazdığımız 2-ci müraciətdə bu problemin təcili araşdırılmasının vacibliyini əsaslandırmağa çalışdıq.

13 Sentyabr tarixində Konstitusiya Məhkəməsinin qəbul şöbəsinin şifahi olaraq verdiyi məlumatları hüquqlarını müdafiə etdiyim veteranlara çatdırdım və çox məmnun oldular. Həmin məlumatda işin Konstitusiya Məhkəməsində beş hakim tərəfindən ayrı-ayrılıqda araşdırıldığını və işin daha dərin öyrənilməsi üçün Konstitusiya Məhkəməsinin müxtəlif dövlət qurumuna o cümlədən Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə, Prezident Administrasiyasına, Ali Məhkəməyə və İqtisadiyyat Nazirliyinə müraciətlər edib.

Cənab Sədr!

Nəzərinizə çatdırmaq istəyirəm ki, vətəndaşlar özləri də ayrı ayrılıqda Prezident Aparatından və Konstitusiya Məhkəməsinin qəbul şöbəsindən məlumatlar öyrənməyə çalışırlar və bu məlumatları Fasebook sosial şəbəkəsində 39 min Ailəni birləşdirən Özəlləşdirmə Çekləri qrupunda paylaşırlar.

Hörmətli Fərhad müəllim! Bildiyiniz kimi Azərbaycan Konstitusiya Məhkəməsi tarixində ilk dəfədir ki, vətəndaşların konstitusion hüquqlarının müdafiəsi üçün vətəndaşların müraciətindən əlavə olaraq bir çox dövlət qurumları, o cümlədən Baş Nazirin təklifi ilə Ədliyyə Nazirliyi tərəfindən, Milli Məclisin çox saylı Deputatları – Zahid Oruc, Asif Mollazadə, Razi Nurullayev və sairələri tərəfinədn də müraciətlər olunub. Bundan başqa sosial media və Youtube kanallarında da bu mövzu ilə bağlı müxtəlif müzakirələr və müraciətlər olub. Ən əsası isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün 11.09.2023 tarixdə Prezident Aparatı tərəfindən vətəndaşların qəbulu şöbəsinin müdiri Süleyman İsmayılov tərəfindən Konstitusiyaya Məhkəməsinə göndərilmiş 1-1-23/2-KOL-1362/2-019/2-t/1/2023 saylı məktub 12.09.2023-cü il tarixində Konstitusiya Məhkəməsində 1483 nömrə ilə qeydiyyata alınmışdır.

Eyni zamanda Prezident Aparatı rəhbəri Samir Nuriyevin tapşırığı ilə Administrasiyanın Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdir müavini Gülnar Rəsulova tərəfindən eyni məzmunlu 2-ci 1-1-10/2-KOL-1362/3-019/3/2023 saylı məktub da Konstitusiya Məhkəməsinə göndərilmiş və Konstitusiya Məhkəməsində 1518 nömrə ilə qeydiyyata alınmışdır.

Hörmətli Fərhad müəllim!

Məlumat üçün qeyd edim ki, vətəndaşların Cənab Prezidentə ünvanladığı məktubun surətini məktuba əlavə edirəm. Məktubdan da göründüyü kimi vətəndaşlar 100 faiz əmindirlər ki, əgər Cənab Prezidentin tapşırığı ilə bu işin araşdırılması üçün Konstitusiya Məhkəməsinə müraciət daxil olubsa bu artıq işin tez bir zamanda tam araşdırılmasının aparılması deməkdir.

Bu səbəbdən də məndən işin detalları barədə onları məlumatlandırmalarını və Konstitusiya Məhkəməsindən bu günə qədər görülmüş işlər barədə yazılı məlumat verilməsini tələb edirlər. Həmin mətbuatdan və sosial mediadan belə aydın olur ki, bu işin araşdırılmasının ləngiməsini səbəbinin Cənab Prezidenti sevməyən, məsələni siyasiləşdirmək istəyən qüvvələrin işi olduğunu da hesab edirlər. Belə hesab edir ki, Cənab Prezidentin xaricdə çıxışları zamanı hansısa qərəzli jurnalist belə bir sual verir – Cənab Prezident sizin ölkənizdə Demokratiya var və hər şey yaxşıdır deyərək bizi investisiya qoymağa çağırırsınız? Lakin dövlət özəlləşdirmə payıları (çekləri) ilə bağlı qəbul etdiyiniz fərmanlar ilə 13 ildir ki, Konstitusiya və Qanunları, hətta insan hüquqlarına dair beynəlxalq müqavilələri, vətəndaşlarınızın mülkiyyət və bərabərlik hüquqlarını pozursunuz. Bunu necə başa düşmək olar?

Ölkənin tanınmış ziyalıları, hüquqşünasları, iqtisadçıları və deputatları mətbuatdan müraciət edərək Konstitusiya Məhkəməsinin Ulu Öndərin 100 ili münasibəti ilə bu il məsələnin tam olaraq vətəndaşların maraqlarına uyğun olaraq həll olunacağını bildirərək 100 minlərlə insanın Cənab Prezidentə və Dövlətçiliyimizə, Konstitusiya və Qanunlara inamını daha da artırmağa çalışırlar.

Bu gün mətbuatda bunlar da soruşulur ki, Konstitusiya Məhkəməsində baxılması üçün bundan vacib nə iş ola bilər? Niyə 6 aydır iş uzanır? Niyə 100 minlərlə vətəndaşın müraciətinə cavab vermir?

Hörmətli Fərhad müəllim! Qeyd edilənləri nəzərə alaraq xahiş edirik ki, dövlət özəlləşdirmə payı (çeki) sahibi olan bir qrup Qarabağ müharibəsi və əmək veteranlarının göndərdiyi konstitusiya şikayətinin Konstitusiya Məhkəməsində araşdırılma vəziyyəti (həmin işin hansı hakimlərin icraatında olması, hansı dövlət qurumlarından mülahizə və ya rəylərin alınması, xüsusi ilə işin araşdırılma səviyyəsi) barədə bizə yazılı məlumat verilməsi üçün müvafiq tapşırıq verəsiniz.

Əlavə – Azərbaycan Respublikası Prezidentinə və Prezident Adminstrasiyasının rəhbəri Cənab Samir Nuriyevə ƏRİZƏ/MÜRACİƏT

Hörmətli Samir müəllim! Bəzi fərmanlarla konstitusion hüquqları pozulan bir qrup müharibə veteranı və pensioner adından Sizə bildirmək istəyirik ki, əgər Cənab Prezidentə 23 may 2023-cü il tarixində göndərdiyimiz məktub kimi bu məktub da vaxtında Cənab Prezidentə catdırılmasa, sizin sələfiniz Ramiz Mehdiyevin səhvləri və səhlənkarlığı üzündən Cənab Prezidentin adına, şərəf və ləyaqətinə ləkələ salmaq istəyən məmurlara dəstək vermək faktı kimi Sizə qarşı cinayət işi açacaqlar. Hörmətli Samir müəllim! Dövlətçiliyimizə və Cənab Prezidentin adına ləkə salan, preambulasında kostitusion əsaslandırma olmayan bəzi fərmanların tez bir zamanda Konstitusiya Məhkəməsi tərəfindən araşdırılması üçün Sizdən Cənab Prezidentə göndərdiyimiz məktubun vaxtında çatmasına Şəxsən nəzarət etməyinizi Xahiş edirik. Məktubun surətini Sizə göndəririk.

Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə ƏRİZƏ/MÜRACİƏT

Çox Hörmətli Cənab Prezident! Zati Aliləri! Cənab Ali Baş Komandanımız!

Biz bir qrup Qarabağ müharibəsi veteranı və əmək veteranları adından 23 may 2023-cü ildə Sizə göndərdiyimiz ərizə ilə özəlləşdirmə payları (çekləri) sahiblərinin konstitusion hüquqlarının müdafiə olunması üçün bizə kömək etməyinizi, bəzi normativ hüquqi aktların Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müvafiq sorğunun göndərilməsi barədə sərəncam verəməyinizi Sizdən xahiş etdik. Hesab edirik ki, həmin ərizə barədə Prezident Aparatının rəsmiləri Sizə məlumat vermədən, naməlum səbəblərdən Konstitusiya Məhkəməsinə deyil, Ali Məhkəməyə göndəriblər. Ali Məhkəmədən bizə cavab olaraq bu tip məsələlərin ancaq Konstitusiya Məhkəməsi tərəfindən araşdırılmasının vacibliyi yazılıb. Biz hüquqları pozulmuş yaşlı vətəndaşlar bundan çox böyük narahatlıq keçiririk.

Cənab Prezident!

Xahiş edirik ki, kapitalizmə keçid dövründə tarixi social ədalət naminə dövlət siyasəti kimi atanız Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikası Dövləti tərəfindən qanunlarla dövlət öhdəliyi kimi xalqa vəd edilmiş, inflyasiyadan qorunan miras əmlak paylarını satmayan bizim kimi yaşlı insanların hər gün 30 nəfərinin vəfat etdiyini və hüquqlarının bəzi fərmanlar ilə pozulmağa davam etdiyini nəzərə alaraq, bizə müvafiq köməklik göstərərsiniz. Biz dövlətimizə və Ulu Öndərimizə, onun vədinə inanaraq öz əmlak payımız olan Dövlət Qiymətli Kağızı kimi çekləri satmadıq və qeyd edək ki, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin laqeydliyi və məsuliyyətsizliyi üzündən yaranmış bu hüquqi səhvlər olan həmin fərmanların heç birinin preambulasında konstitusion əsaslandırma mövcud deyil.

Hesab edirik ki, bu hüquq pozuntuları mütəşəkkil korrupsiya cinayəti faktı kimi gələcəkdə Sizə və Dövlətimizə qarşı düşmənçilik edənlər tərəfindən istifadə ediləcək, həm də xarici invesrorların ölkəmizə olan etimadını qıra bilər. Belə ki, 2022-ci ildə bütün bu hüquq pozuntuları artıq üzə çıxarıldı. Konstitusiya Məhkəməsinin ekspertləri olan hüuqşünas alimlərin apardıqları elimi-praktik araşdırmalar nəticəsində bu konstitusion hüquq pozuntuları müəyyən edildi və həmin nəticələr elmi məqalələr formasında Sizin nəzarətinizdə olan Ali Atestasiya Komisiyasında qeydiyyatda olan “Qanun” jurnalında 10-dan cox hüquqşünas alim tərəfindən rəy verilərək dərc olundu.

Möhtərəm Prezident!

Yuxarıda qeyd edilənləri, xüsusilə 2023-cü ilin xalqımızın Ümummilli Lideri Ulu Öndər Heydər Əliyev İli olduğunu nəzərə alaraq, Ali Məhkəmənin də yazdığı kimi bu problemin tez bir zamanda həlli üçün Sizdən xahiş edirik ki, dövlət özəlləşdirmə payları (çekləri) sahiblərinin konstitusion hüquqlarının müdafiə olunması üçün bizə kömək edəsiniz, 23 may 2023-cü ildə Sizə göndərdiyimiz normativ hüquqi aktların Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müvafiq sorğunun göndərilməsi barədə sərəncam verməyinizi xahiş edir və səbirsizliklə Sizdən cavab gözləyirik.

Əlavə qeyd

Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri QANUNLA verilib!

Heydər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, Qanunla infilyasiyadan qorunuan hər Özəlləşdirmə Payına düşən Əmlak Payı dəyəri bu gün ücün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir. Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün Sosisal Tarixi Ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi Qanunla qoyulmuş bu Qaydaları hec bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir Qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133/ daxil olmaqla tanış ola bilərsiniz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki