image-qanunla-reklam
image-putin

Bizə belə miqrantlar lazımdır – Putin

image-lady-day-az

Rusiyaya təkcə əmək miqrantları deyil, müəyyən ixtisasa, hazırlığa malik, rus adət-ənənələrini bilən və s. insanlar lazımdır.

Qanunla.Az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda bildirib.

“Biz hələ mənalı miqrasiya siyasəti hazırlamamışıq. Bir vaxtlar vahid orqanımız var idi, lakin sonradan təhlükəsizlik məqsədilə Daxili İşlər Nazirliyinə verildi. Oradakı işin effektiv olub-olmaması böyük sualdır. Və biz bunu həmkarlarımızla müzakirə edirik. Mən hökumət və Təhlükəsizlik Şurası qarşısında bu məsələyə mümkün qədər tez bir zamanda qayıtmaq vəzifəsi qoyuram. Problemin olmadığını iddia edə bilməzsiniz. Problem var”, – Putin qeyd edib.

O, həmçinin vurğulayıb ki, miqrantlar əsasən fəal iqtisadi həyat və yüksək maaş almaq imkanı olan yerlərə – Moskvaya, Moskva vilayətinə, Sankt-Peterburqa, Sibirin bəzi yerlərinə gəlirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki