Bişkekdə MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 54-cü iclası keçirilir.
Qanunla.Az xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov iclas iştirakçıları ilə görüşüb.
İclasda Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev, Rusiya FTX-nin rəhbəri Aleksandr Bortnikov, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və MDB ölkələrinin digər kəşfiyyat xidmətlərinin rəhbərləri iştirak edirlər.