image-qanunla-reklam
image-fb_img_1699111753333

“Bir Gələcək”

image-lady-day-az

Noyabrın 3-ü 53 nömrəli məktəbdə Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “Bir Gələcək” layihəsi üzrə məktəbin 2003-cü il məzunu Pirallahı Tibb Mərkəzi phş-nın direktoru Zeynalov Azər Lütvəli oğlu ilə görüş keçirilib.

Qanunla.Az xəbər verir ki, ilk olaraq çıxış edən məktəb direktoru Azər Zeynalov haqqında şagirdlərə məlumat verib, Bildirib ki, ATU-nin Müalicə işi fakültəsini bitirən Azər Zeynalov Bakı Dəmir Yol xəstəxanası Tibb qardaşı, 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında sahə həkimi daha sonra isə Baş həkim kimi fəaliyyət göstərib. Hazırda isə Pirallahı Tibb Mərkəzi PHŞ-in Direktoru vəzifəsini icra edir.
Görüşdə spiker qismində çıxış edən Azər Zeynalov şagirdlərlə öz bilik və təcrübəsini bölüşüb, onların suallarını cavablandıraraq dəyərli məsləhətlər verib.
Sonda görüşdə iştirak edən Azər Zeynalovun müəllimləri Vəfa Süleymanova, Şair Quliyev, Sevil Məmmədova, Lalə Quliyeva çıxış edib, öz xoş xatirələrini bölüşüb.
Görüşdən hər kəs xoş təəssüratlarla ayrılıb.

image-fb_img_1699111753333 image-fb_img_1699111755962 image-fb_img_1699111758260 image-fb_img_1699111760662 image-fb_img_1699111763103 image-fb_img_1699111765456


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki