image-qanunla-reklam
image-_ena_c3ac928862913e02bf7ceb365_n

Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və  aqroşəhərciklərin tikintisi təcrübəsi var

image-lady-day-az

Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və  aqroşəhərciklərin tikintisi təcrübəsi var.

Azərbaycanla Belarus dövlətləri arasında münasibətlər dərin tarixi köklərə malikdir və hər iki ölkə müstəqilliyini elan etdikdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyub. İki dövlət arasındakı ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Bu baxımdan Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri ikitərəfli münasibətlərin dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatında Prezident İlham Əliyev bildirdi ki, aparılan danışıqlar – təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Ölkə başçısı qeyd etdi ki, yaxın vaxtlarda Minskdə keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müvafiq dövlət strukturlarına verilmiş tapşırıqlar müfəssəl şəkildə təhlil olunacaq və onların icra müddəti üzrə konkret addımlar, həmçinin qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün həmin tapşırıqların verildiyi məsul şəxslər və strukturlar müəyyən ediləcək. Səfər zamanı həmçinin ölkələrimizin münasibətlərinin son illərdə inkişafı müfəssəl şəkildə təhlil edilmiş və gələcəkdə qarşılıqlı fəaliyyət yolları müəyyənləşdirilmişdir. Məlum olduğu kimi həm Belarusda, həm də ölkəmizdə birgə istehsalın təşkili bir çox illər öncə yaradılmışdır. Bura maşınqayırma, hərbi-sənaye kompleksi, kənd təsərrüfatı və nəqliyyat sahəsində əlaqələr daxildir.

Son illər ərzində Belarus-Azərbaycan ikitərəfli əlaqələri daha da inkişaf etməyə başlayıb. Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur. Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunublar. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var. Rəsmi Bakı və Minsk ikitərəfli əlaqələrini inkişaf etdirmiş və Belarus Respublikası həm Müstəqil Dövlətlər Birliyində (MDB), həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Azərbaycanın maraqlarına zidd addım atmamışdı. Ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoq mövcuddur. Təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq edən Azərbaycan və Belarus beynəlxalq arenada da bir-birini dəstəkləyirlər. İki ölkə arasında qarşılıqlı etimada əsaslanan dərin münasibətlərin mövcud olduğunu Belarus Prezidentinin mətbuata bəyanatında ölkəmiz haqqında söylədiyi fikirlərdən də aydın görmək olar. Beləki, Prezident A.Lukaşenko mətbuata bəyanatında Azərbaycanın Cənubi Qafqaz regionun lider dövləti olduğunu xüsusi vurğulamışdır.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri zamanı əldə edilmiş razılaşmanın nəticəsi olaraq yaxın gəlcəkdə iki ölkə arasında münasibətlərin yeni hüdudları, yeni müəssisələr, yeni iş yerləri, həmçinin əməkdaşlığın yeni istiqamətləri özünü biruzə edəcək.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru- Rasif Qaçayev

 

 

İşğaldan azad olunmuş bütün ərazilər bərpa olunacaqdır

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Təcavüzkar Ermənistanın tam hərbi iflası ilə nəticələnən İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi qüdrətinin, xalqımızın qətiyyət və əzminin, döyüşçülərimizin misilsiz qəhrəmanlığının və Ali Baş Komandanın əsl sərkərdə qabiliyyətinin, siyasi iradəsinin və uzaqgörənliyinin təntənəsi kimi tariximizin şərəf və qürur səhifəsinə çevrilmişdir. 44 günlük Vətən müharibəsinin başlıca yekunları sırasında Azərbaycanın dünya miqyasında qalib dövlət, azərbaycanlıların qəhrəman xalq statusunun qəti surətdə qərarlaşması ayrıca qeyd olunur. Bu, yeni tarixin yazılması, ölkənin yeni taleyinin müəyyənləşdirilməsi deməkdir.

Azərbaycanın möhtəşəm Qələbə ilə nəticələnən İkinci Qarabağ müharibəsi ölkədə və bölgədə bir sıra ciddi yeni reallıqların meydana gəlməsini şərtləndirib. Qazandığımız tarixi Zəfər ilk növbədə Azərbaycan dövlətinin yeni statusunun qəti şəkildə qərarlaşmasını təmin etdi. Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ötən əsrin son onilliyində və XXI əsrin ilk onilliklərində Azərbaycanın iqtisadi, sosial durumunda, regional və beynəlxalq mövqeyində baş verən dərin dəyişikliklər onun statusunun ciddi şəkildə yüksəlməsinə etibarlı zəmin hazırlamışdı. Bölgənin ən böyük iqtisadiyyatı olması, sosial baxımdan ölkəmizin regional liderliyi son onilliklərin müşahidə və etiraf edilən gerçəklikləridir.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Milli Prioritetinin icrasının təmin olunması məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair l Dövlət Proqramı” qəbul edilmiş və hazırda icrası uğurla davam edir.

Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

 Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov

 

 

Dostluq münasibətləri

Belarus Respublikasının prezidenti Alkeksandr Lukaşenkonun mayın 16-da Azərbaycana  rəsmi səfəri yerli və beynəlxalq medianın diqqət mərkəzində olmuşdur. Bu səfərin iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edə bilərik. Xüsusi olaraq qeyd edək ki, səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər tərəflər arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini göstərir.
İki ölkə arasında əlaqələrin dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən Belarus-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır, uğurla inkişaf edir. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Azərbaycan və Belarusiya arasında əməkdaşlıq bütün istiqamətlər üzrə inkişaf edir. Belarus-Azərbaycan əlaqələrinin və münasibətlərinin yüksək səviyyəsini xüsusi olaraq diqqətə çatdırır. Belarus MBD məkanında və bütün dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir.

İki  ölkə arasında yüksək səviyyəli yeni səviyyəyə yüksəlib və geniş spektrini əhatə edir.Azərbaycan ilə Belarus arasında mədəni mübadilələr ikitərəfli münasibətlərin inkişafı üçün əsas rol oynayır və əməkdaşlığın artırılmasına, xalqlar arasında dostluq bağlarının saxlanmasına kömək edir. Azərbaycan-Belarus münasibətləri möhkəm dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Belarus və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir.

Azərbaycanın torpaqları işğal altında olanda Belarus prezidenti Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyib. O, bir çox beynəlxalq platformada Ermənistana Azərbaycanın torpaqlarını geri qaytarmağı, münaqişənin sülh yolu ilə həllinin vacibliyini dəfələrlə dilə gətirib. Dövlət arasındakı münasibətlər günü-gündən inkişaf edir. Bu inkişafa dövlət rəhbərlərinin yaxın münasibətlərinin də təsiri var. Bu gün Azərbaycan Belarus arasında iqtisadi əlaqələr artmaqdadır. Xüsusilə də bu özünü kənd təsərrüfatı məhsulları və enerji resursları sahəsində göstərir. Qarşılıqlı ticari əlaqələr nəticə etibarı ilə bütün sahələrdə münasibətlərin yaxşılaşmasına və inkişaf etməsinə zəmin yaradır.

Ölkələr arası görüşdə iqtisadiyyat, nəqliyyat, sənaye, kənd təsərrüfatı və s. sahələrdə strateji tərəfdaşlığın perspektivləri müzakirə edilib. Həmçinin görüşdə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu istiqamətdə əməkdaşlıq imkanları barədə ətraflı söhbətlər aparılıb. Yaxın gələcəkdə Azərbaycan və Belarus münasibətləri daha da inkişaf edəcək.

Ölkə başçıları arasında əldə edilən razılıqlar və imzalanan sənədlər Azərbaycan-Belarus münasibətlərinin bundan sonra daha da yüksək dinamika ilə inkişaf edəcəyini söyləməyə tam əsas verir.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru -Kəmalə Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki