image-qanunla-reklam
image-6646370a159796646370a1597a17158776426646370a159776646370a15978

Belarus da azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasına, iqtisadi dirçəlişə töhfələr vermək niyyətindədir

image-lady-day-az

Belarus da azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasına, iqtisadi dirçəlişə töhfələr vermək niyyətindədir

Müstəqil siyasət aparan ölkəmiz xarici siyasi əlaqələrini, iqtisadi, strateji, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Bu baxımdan, müasir beynəlxalq münasibətlərin müstəqil aktoru olan Azərbaycanın qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də Belarus Respublikasıdır. Ulu öndərin əsasını qoyduğu bu siyasət hazırda Azərbaycan və Belarusun dövlət başçıları tərəfindən uğurla davam etdirilir. Ölkələrimiz arasında siyasi dialoq mövcuddur. Təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq edən Azərbaycan və Belarus siyasi və beynəlxalq arenada bir-birini dəstəkləyirlər.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və  Belarus Prezidenti Aleksandr Lukaşenko qarşılıqlı əlaqələrin mövcud durumu və perspektivi barədə geniş müzakirə aparıblar. Ümumiyyətlə, Azərbaycan-Belarus münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə əməkdaşlığın, sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, Belarus da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Xüsusilə Azərbaycan dövləti ilə güclü sənaye inkişafına malik olan Belarus dövləti  arasında  maşınqayırma, nəqliyyat, tikinti, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlıq genişlənir. Bir sıra sahələrdə həyata keçirilən birgə layihələr,  qeyri-neft sektorunda əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərir. Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə tətbiq etdiyi vergi azadolmaları və güzəştləri həmin ərazilərdə biznes mühitinin güclənməsinə və inkişafına, xarici investisiyaların cəlbinə güclü təşviqlər yaradıb və bölgədə dost ölkələrin şirkətləri də çalışır. Bu baxımdan Belarus da azad edilmiş torpaqlarımızda yeni həyatın başlanmasına, iqtisadi dirçəlişə töhfələr vermək niyyətindədir.

Təbii ki, əldə edilən nailiyyətlərin əsasında ancaq və ancaq düşünülmüş məqsədyönlü siyasət dayanır. Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycan bu gün sivil, müasir demokratik prinsiplərə əsaslanan və ən qüdrətli dövlətlərdən birinə çevrilmiş, ölkəmizdə siyasi sabitlik ən yüksək səviyyədə təmin olunmuş, eyni zamanda xarici dövlətlərlə olan dostluq və tərəfdaşlıq münasibətlərimiz daha da möhkəmlənmişdir.

Keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika olanda da Azərbaycan başqa respublikalarla yanaşı, o cümlədən Belarus ilə də iqtisadi və mədəni əlaqələr yaratmışdır. Hazırda ölkələr arasında bir çox sahəni ehtiva edən çoxşaxəli münasibətlər mövcuddur. Bundan başqa, hər iki dövlət beynəlxalq müstəvidə bir-birinə dəstək verməkdədir. Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri münasibətlərin daha da inkişafına böyük təkan verəcək. Təsadüfi deyil ki, Belarus Prezidenti dövlətimizin başçısına mehriban dostluq münasibətlərinə görə təşəkkür edib, iqtisadi və siyasi əlaqələrimizin hər iki ölkənin iqtisadiyyatına müsbət təsir edəcəyinin vacibliyindən danışıb. Həmçinin bu münasibətlər digər ölkələr üçün pozitiv mənada bir örnəkdir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Belarus-Azərbaycan münasibətləri son dərəcə sağlam, şəffaf və hər iki tərəfə əməli nəticə gətirən xarakter alıb

Ölkələrimiz arasındakı möhkəm dostluq münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus  Respublikasının Prezidenti Aleksandr Lukaşenko tərəfindən uğurla davam etdirilir və hər zaman da Belarus-Azərbaycan əlaqələri yüksək dəyərləndirilir.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana son səfəri iki qardaş ölkənin dost, strateji tərəfdaş olduqlarını bir daha təsdiqlədi. Çox mühüm hadisələrlə zəngin olan səfər çərçivəsində iki dost ölkənin prezidentlərinin mətbuata verdikləri bəyanatlar, “Bakı Ekspo Mərkəzi”ndə XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgilərində iştirakı, imzalanan yeni 8 sənəd, Qarabağa səfər, Füzuli və Şuşa şəhərlərinin baş planları ilə tanışlıq ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə inkişaf etdiyinin bariz nümunəsi kimi tarixə yazıldı. Xüsusi olaraq səfər zamanı qardaş ölkələrin rəhbərlərinin apardıqları müzakirələr, düşmən işğalından azad edilmiş torpaqlara səfərləri Azərbaycan-Belarus münasibətlərinin təsdiqi oldu.

Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin inkişafı gələcək siyasi, iqtisadi-ticari, humanitar-mədəni sahələrdə çox yüksəksəviyyəli əməkdaşlığa şərait yaradıb. Bütün dövrlərdə əsl dost kimi Azərbaycanın yanında olan Belarus dövlətinin şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında, düşmənin viran qoyduğu torpaqların dirçəldilməsində, Böyük qayıdışın reallaşmasında fəal iştirakı da yüksələn hərtərəfli əlaqələrdən xəbər verir.

Mətbuata bəyanatında Prezident İlham Əliyev qeyd etdi ki, aparılan danışıqlar – təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Bu gün münasibətlərimizin son illərdə inkişafını müfəssəl şəkildə təhlil etdik və bu münasibətlərin dinamik inkişafını məmnuniyyətlə qeyd etdik, həmçinin daha da mühüm olanı – gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik.

Belarusun və Azərbaycanın qardaşlıq, dostluq əlaqələri, uğurlu diplomatik münasibətləri 1993-cü ildən inkişaf etməyə başlayıb. 2006-cı ilin fevral ayında isə Belarusun Azərbaycanda, həmin ilin avqust ayında Azərbaycanın Belarusda səfirlikləri açılıb. Son illərdə iki ölkənin fəal qarşılıqlı əlaqələri nəticəsində Belarus və Azərbaycan arasında siyasi, iqtisadi, vətəndaşların hüquq və mənafelərinin müdafiəsi, səhiyyə, hüquq-mühafizə, humanitar, elmi-texniki və regional əməkdaşlıq sahələrində 120-dən çox beynəlxalq müqavilə imzalanıb, ticarət dövriyyəsi 400 milyon dollara çatıb.

“Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz – Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Ona görə də bu, sizin üçün əlavə yük deməkdir, halbuki öz problemləriniz də var, lakin yenə də, nə etmək olar. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız”. Belarus Prezidenti Aleksandr Lukaşenkonun söylədiyi bu sözlər bir daha təsdiq etdi ki, Qafqaz regionunda yaranan yeni reallıqları yalnız Azərbaycanın Qalib Lideri İlham Əliyev nəzarətdə saxlamağa qadirdir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Azərbaycan və Belarus Prezidentlərinin müzakirə etdikləri mövzular arasında regional təhlükəsizliklə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir

Belarus Respublikası coğrafi baxımdan ölkəmizdən uzaqlarda yerləşsə də, Şərqi Avropanın bir parçası olan bu dost olkəyə uzanan yollar heç vaxt üzümüzə bağlı olmayıb. Hələ keçmiş Sovetlər birliyi dönəmində də bu ölkə ilə mədəni, iqtisadi əlaqələrimiz güclü olub. Azərbaycan və Belarus xalqlarının   dostluğuna-qardaşlığına aid çoxsaylı bilgilərə istinad edərək bu münasibətlərin yetərli olduğunu söyləyə bilərik. İkinci Dünya müharibəsində xalqımızın say-seçmə oğul və qızlarının Belarus torpağının düşməndən azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə şəhid olması elə bu qarşılıqlı dostluğun ən bariz nümunələrindən biri kimi  tarixin yaddaşında yaşamaqdadır.

İyirminci yüzilliyin sonlarına yaxın “sovetlər imperiyası” tarixin arxivinə  qavuşandan sonra da həm Azərbaycan, həm də belarus xalqları müstəqil dövlətlər birliyi çevrəsində iqtisadi, mədəni, siyasi və  ticarət əlaqələrini davam etdirmiş, bir-birlərinə daha da  yaxınlaşmışlar. Əlbəttə ki, xalqlar arasında zaman-zaman davamını tapan dostluq əlaqəsinin formalaşmasında və inkişafında Azərbaycan Prezidenti İlham Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında mövcud olan səmimi münasibətlər xüsusi rol oynayır.  Bu gün hər iki dövlər başçılarının səyləri sayəsində Azərbaycan ilə Belarus arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib. O cümlədən mayın 16-da Belarus Prezidentinin ölkəmizə etdiyi dövlət səfəri də ölkələrimiz arasında siyasi dialoqun daha da möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin ali qonağın ölkəmizə səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda da qeyd olunduğu kimi, aparılan danışıqlar, təkbətək və geniş tərkibli formatda keçirilmiş görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Görüşdə dövlət başçıları ölkələrarası münasibətlərin son illərdə inkişafını müfəssəl şəkildə təhlil edərək, bu inkişafın dinamikasını məmnuniyyətlə qeyd etdilər.

Belarus dövlət başçısının Bakıda Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın məzarlarını dərin ehtiramla yad etməsi və Şəhidlər xiyabanını ziyarət etməsi bu dostluğun qardaşlıq səviyyəsində də bir təcəssümüdür.

Azərbaycan və Belarus Prezidentlərinin müzakirə etdikləri mövzular arasında regional təhlükəsizliklə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin dediyi kimi, dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Bu zəmində yaranan münaqişələr isə, bir qayda olaraq öz həllini tapmır. Lakin Azərbaycan 30 il bundan əvvəl öz istəyinin tam əksinə olaraq cəlb olunduğu hərbi münaqişəni beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdi. Bununla Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olmasına, bütün region ölkələrinin sürətli iqtisadi inkişaf yoluna çıxmalarına əlverişli zəmin yaratdı. Bu gün ölkəmiz regional sülhü qorunmağa, Cənubi Qafqazda gedən prosesləri nəzarətdə saxlamağa qadir olan güclü lider ölkədir.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Azərbaycan-Belarus münasibətləri möhkəm dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır

İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Belarus və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir. Qeyd edilməlidir ki, Azərbaycan-Belarus münasibətlərində qarşılıqlı siyasi etimadın formalaşmasının səbəblərindən biri də rəsmi Minskin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu prinsipial mövqe və Azərbaycanın və Belarusun təmsil olunmadığı beynəlxalq təşkilatlarda bir-birlərini dəstəkləmələridir. iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.

Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına dövlət səfərinə gəlməsi və imzalanan səndələrin keçirilən görüşlərin əhatə dairəsi göstərir ki, bu əməkdaşlıq yüksələn xətlə inkişaf etməkdədir.

Rəsmi qarşılanma mərasimindən sonra hər iki dövlət başçısının təkbətək və geniş tərkibdə görüşləri keçirilmiş, mərasimin sonunda isə mətbuata Bəayanatla çıxış etmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanla Belarus münasibətlərinin əsasında duran qarşılıqlı etimad, bərabərlik və dostluq gələcəkdə daha da genişlənəcək və buna hər cür imkan vardır.

Hər iki dövlət başçısının bəyanatlarından görünür ki, bu gün Azərbaycan və Belarus respublikaları münasibətlərini inkişaf etdirən və qarşılıqlı əməkdaşlıqlarını genişləndirən zaman öz milli maraqlarından çıxış etməklə yanaşı, qarşılıqlı şəkildə biri-birlərinin də maraqlarına böyük həssaslıqla yanaşırlar ki, bu da müasir beynəlxalq münasibətlər sistemindənadir müşahidə olunan nümunələrdən biridir.

Regionumuzda və MDB məkanında təhlükəsizliklə bağlı məsələlərin müzakirə edildiyini diqqətə çatdıran ölkə başçısı bildirib ki, “Dünya siyasətinin aktual məsələləri üzrə də fikir mübadiləsi apardıq. Dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Təəssüf ki, bir qayda olaraq mövcud münaqişələr öz həllini tapmır. Cənubi Qafqazda Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdiyi münaqişə istisna olmaqla.

Eyni zamanda hər iki ölkənin mövcud potensialından qarşılıqlı faydalanmaq da diqqət çəkən məqamlardan biridir. Ölkəmizin başçısı demişdir: Bu gün müzakirə etdiyimiz məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri, başqa sözlə desək, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq məsələlər geniş şəkildə müzakirə olundu.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Belarus Azərbaycanın haqq işinə dəstək verən dövlətlərdən olub

Mayın 16-da Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəmizə tarixi səfər edib. Belarus Azərbaycanın haqq işinə dəstək verən dövlətlərdən olub. İki ölkə arasında möhkəm strateji əməkdaşlıq formalaşıb.

Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəsini və qarşılıqlı əlaqələrin sıxlığını, hər şeydən öncə dövlət başçılarının səmimi dostluq münasibətləri şərtləndirir. Onlar arasında qarşılıqlı etimad mövcuddur.

İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın tarixi Qələbəsi və işğal edilmiş ərazilərin geri qaytarılması bir çox dövlətlərin ölkəmizə marağını daha da artırıb. Belə ki, Belarus Prezidenti Aleksandr Lukaşenko da ölkəsinin post-konflikt zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası prosesində iştirak etməsini dəstəkləyir. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var, rəsmi Minsk bu sahədə əhəmiyyətli rol oynaya bilər. Belə ki, bu ölkənin ÜDM-nin təxminən 6,78%-ni, ümumi ixracatın isə 20%-ni kənd təsərrüfatı təmin edir.

Bütün bunlarla yanaşı, ölkələr arasında ticarət dövriyyəsinin artırılması potensialı kifayət qədər yüksəkdir. Belarus Prezidentinin son səfəri tərəflər arasında iqtisadi və strateji əlaqələrin daha da güclənməsinə töhfə verəcək.

Belarusun zəngin şəhərsalma təcrübəsinin, müasir texnologiyalarının, aqroşəhərciklərin tikintisi təcrübəsinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiqi çox yüksək səmərə verə bilər. Bununla yanaşı, dövlət başçılarının istər təkbətək, istərsə də geniş tərkibdə keçirdikləri görüşlərin gedişində hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri və ümumiyyətlə, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bir çox məsələlər geniş şəkildə müzakirə olunub. Əldə edilən razılıqlar və imzalanan sənədlər Azərbaycan-Belarus münasibətlərinin bundan sonra daha da yüksək dinamika ilə inkişaf edəcəyini söyləməyə tam əsas verir.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki