image-qanunla-reklam
image-bakiyeni

Bakıda səkinin üzərində obyekt tikildi: piyadaların hərəkəti çətinləşdi – FOTOLAR

image-lady-day-az

Bakının Xətai rayonu, Gəncə prospektində səkinin üzərində obyekt inşa olunub.

Əvvəllər mövcud olan obyektin qarşısında aparılan artırma işləri nəticəsində səki zəbt edilib.

Məlumata görə, obyektin qarşısında aparılan tikinti işləri nəticəsində səki daralıb və nəticədə burada hərəkət çətinləşib.

Bildirilir ki, qeyd olunan obyekt əvvəllər birmərtəbəli olub və yaxınlıqdakı digər obyektlər kimi bir xətt üzrə yerləşib. Lakin obyekt sahibi onu sökərək yerində ikimərtəbəli bina inşa etdirib.

Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edilib ki, vətəndaşların etirazı nəzərə alınaraq sözügedən əraziyə baxış keçiriləcək. Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək./İqtisadiyyat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki