image-qanunla-reklam
image-infoteka-az_15837_665f744ab25d7

Bakı Enerji Həftəsi

image-lady-day-az

Bakı Enerji Həftəsi

Bakı Enerji Həftəsinin builki özəlliyi və yeni məzmun gətirən ən başlıca istiqaməti bu dəfə “yaşıl enerji” blokunun xüsusi yer almasıdır. Belə ki, tədbirlərə qatılan şirkətlərin təxminən 15 faizi məhz həmin sektorların təmsilçiləridir və onların əksəriyyəti Azərbaycanın “yaşıl enerji” sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır.Vaxtilə “Əsrin müqaviləsi” böyük enerji strategiyasının əsasını qoyduğu kimi, iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcı kimi dəyərləndirilə bilər. Bu fakt COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycan artıq qlobal faktor rolunda çıxış edərək yeni əməkdaşlıq şəbəkəsi yaratmasını göstərir. Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin dediyi kimi, COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən bunun bütün üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edirik. Azərbaycanın beynəlxalq aləmlə əlaqələri və əməkdaşlıq coxrafiyasının genişlənməsi göz qabağındadır. ABŞ, Avropa İttifaqı, Türkiyə, Ərəb-islam dünyası birliyi, əməkdaşlığı günümüzün reallıqları sırasındadır. ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunda günümüzün reallıqlarına və qarşıdakı dövrün hədəflərinə işıq salınır. Məktubda bildirilir ki, builki tədbirlər Bakının noyabr ayında həlledici COP29 tədbirinə ev sahibliyi etməyə hazırlaşdığı dönəmdə xüsusi əhəmiyyət kəsb edir. Temperatur artımının 1,5 dərəcədə saxlanılması hədəfinə nail olunması istiqamətində birgə işlədiyimiz bir vaxtda COP29 neft və qaz sektorunda metan tullantılarının məhdudlaşdırılması və təmiz enerji keçidinin irəlilədilməsi kimi əsas qlobal təşəbbüslərin inkişafı baxımından Azərbaycan üçün misilsiz imkan təqdim edir. Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır. Xəzər qazı getdikcə çoxsaylı ölkələrə ixrac edilir və bu da Avropa ölkələrinə enerji mənbələrinin şaxələndirilməsinə, kömürdən imtinanın sürətləndirilməsinə yardım edir. Azərbaycan öz enerji tarixində yeni səhifə açarkən təmiz enerji və metan tullantılarının azaldılmasına artan diqqət, sadiqlik məmnunluq doğurur. Azərbaycan dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınır. Ölkəmizin təşəbbüsləri çox yüksək qiymətləndirilir. Olduqca mürəkkəb şərtlərin və şəraitin hökm sürdüyü qlobal geosiyasətdə Azərbaycanın yerinin və rolunun möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafı dövlətimizin başçısının uzaqgörən – milli maraqlara əsaslanan praqmatik xarici siyasət kursunun nəticəsidir. Bütövlükdə, Bakı Enerji Həftəsi Prezident İlham Əliyevin qlobal liderlik mövqeyini, Azərbaycanın yüksək beynəlxalq nüfuzunu əks etdirməklə yanaşı, ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına əlavə stimuldur.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Etibarlı tərəfdaş.

Azərbaycanın ev sahibliyi etdiyi, həmçinin digər ölkələrdə keçirilən tədbirlər də iştirakı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun, möhkəmlənən mövqeyinin təqdimatı olur. Bu baxımdan həmin tədbirlərin harada keçirilməsindən, hansı mövzunu əhatə etməsindən asılı olmayaraq daim diqqət Azərbaycana yönəlir. Təbii ki, buna əsas verən ölkəmizin davamlı uğurlarını şərtləndirən siyasətidir.  Dövlət başçısı cənaab İlham Əliyev iyunun 4-də 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadığı  çətinliklərdən, təhlükələrdən, vətəndaş müharibəsinin ölkəni uçuruma aparmasından bəhs edərək 1993-cü ili dönüş nöqtəsi kimi qeyd etdi. Həmin ilin iyun ayında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı,  oktyabr ayında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və  iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaların cəlb edilməsi həmin dövrün reallıqları idi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını daha da genişləndirərək beynəlxalq miqyas alır. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək, iqtisadiyyatını inkşaf etdirmək istəyi iştirakçısı və təşəbbüsçüsü olduğu, həmçinin icrası uğurlu sonluqla başa çatdığı layihələrdə özünün aydın ifadəsini tapır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkəmizə davamlı uğurlar qazandırır, siyasi mövqeyini daha da möhkəmləndirir.Bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il keçir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövrdə  enerji sektorunda qazandığımız uğurlar, dünyanın enerji xəritəsini dəyişən  layihələr, Azərbaycanın hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması istiqamətində atdığı addımlar geniş təhlil ediləcək. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, “Əsrin müqaviləsi”nin imzalanmasından öncə ilk Xəzər Neft və Qaz Sərgisi keçirildi ki, bu, Azərbaycanın iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev sözügedən tədbirdəki çıxışında qeyd etdi ki, “Əsrin müqaviləsi”  iqtisadiyyatımıza sanki bir nəfəs verdi. İqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsaq, onun enerji siyasətimizlə koordinasiyasını görərik. Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə, əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı.

 Günel Əlizadə – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki