image-qanunla-reklam
image-ukraine_war-1

Azərbaycanlı hərbçi itkin düşdü

image-lady-day-az

Ukrayna ordusunun azərbaycanlı hərbçisi Emin Əsabəli oğlu Yüzbaşiyev Zaporojye istiqamətində itkin düşüb.

Qanunla.Az xəbər verir ki, bu barədə Kirovoy-Roq Azərbaycanlıları Konqresinin sədri Rəmzi Rzayev məlumat yayıb.

Məlumata görə, hərbçi artıq bir həftədir ki, xidmət etdiyi Zaporojye cəbhəsində itkin düşüb.

Əslən Balakən rayonundan olan Emin Yüzbaşiyev Ukraynanın Kirovoy-Roq şəhərində doğulub boya-başa çatıb. Hazırda onun axtarışı ilə bağlı Kirovoy-Roq Azərbaycanlıları Konqresi dövlət qurumlarına ardıcıl müraciətlər edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki