image-qanunla-reklam
image-1698734151-b37060a1-60ec-3b47-a314-0abef3906d50_850

Azərbaycana 197 xarici qida obyektinin məhsul gətirməsinə icazə verildi

image-lady-day-az

Azərbaycana 197 xarici qida obyektinin məhsul gətirməsinə icazə verilib.

Bu barədə Qanunla.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, AQTA 15 ölkə üzrə 224 xarici qida obyektində qiymətləndirmə aparılıb. Həmin müəssisələrdən 197-sinin təsdiqlənməsi başa çatdırılıb. 20 obyekt uyğunsuzluqların müəyyən olunmuş müddətdə aradan qaldırılması şərtilə təsdiq edilib. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar qiymətləndirilmiş 3 müəssisənin təsdiqindən imtina olunub. 4 obyektlə bağlı qiymətləndirmə hesabatları isə yekunlaşmaq üzrədir.

Qiymətləndirilmiş xarici qida obyektləri Rusiya, Belarus, Almaniya, Çin, Ukrayna, İran, Gürcüstan, Polşa və digər ölkələrdə fəaliyyət göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki