image-qanunla-reklam
image-1698824343-6541fcef90f316541fcef90f3216988234076541fcef90f2f6541fcef90f30

Arxeoloji ekspedisiyaların fəaliyyət müddəti artırıldı

image-lady-day-az

Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydalarında dəyişiklik edilib.

“Qanunla.az” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Ekspedisiyanın fəaliyyəti 30 gündən (arxeoloji ekspedisiyalarda 60 gündən) çox davam edərsə, ekspedisiya yenidən yaradılacaq və smeta xərcləri hər ay yenidən təsdiq ediləcək.

Bir ekspedisiyanın fəaliyyət müddəti arxeoloji ekspedisiyalarda ən çox 60 gün nəzərdə tutulacaq. İndiyə qədər bir ekspedisiyanın fəaliyyət müddəti ən çox 30 gün nəzərdə tutulurdu.

Qərara əsasən, ekspedisiyanın şəxsi heyətinə də dəyişiklik edilib. Arxeoloji ekspedisiyalarda 10 nəfər mülki-hüquqi müqavilə əsasında işə götürülən işçilər ekspedisiyanın şəxsi heyətini təşkil edə biləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki