image-qanunla-reklam
image-1696583978_1644909786_mina-modern-az

ANAMA işğaldan azad olunmuş ərazilərə işçi axtarır

image-lady-day-az

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə müxtəlif işlərlə bağlı sənəd qəbulu elan edib.

ANAMA-nın mətbuat xidmətindən “Qanunla.az”a bildirilib ki, iş elanı Ağdam, Qubadlı, Laçın, Zəngilan, Cəbrayıl və Xocavənd mobil bazalarında aşpaz, qabyuyan, xadimə, avtoçilingər, avtoelektrik, elektrik-texniki təmir işləri üzrə mütəxəssis, anbardar, gözətçi, fəhlə, bağban vəzifələrinə qəbulla bağlıdır.

Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıda göstərilən sənədləri [email protected] ünvanına göndərməlidir:

∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

∙ şəxsiyyət vəsiqəsinin surəti;

∙ təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);

∙ əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu cari ilin dekabrın 30-dək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki