image-qanunla-reklam
image-1718082282_esini-ve-5-yasindaki-kizini-katletti-ayni-17419583_4302_amp

Ailə üzvlərini güllələyib özünü başından vurdu – VİDEO

image-lady-day-az

Türkiyədə kişi həyat yoldaşını və 5 yaşlı qızını güllələyib.

Qanunla.Az xəbər verir ki, qandonduran qətl hadisəsi Ankaranın Yenimahalle rayonunda baş verib.

Belə ki,  55 yaşlı Yakup K. boşanma prosesində olan həyat yoldaşı Semiha K.-ni danışıq üçün yaşayış binasının bağçasına çağırıb. Semiha K. 5 yaşlı qızı H.K.-ni götürərək bağçaya düşüb. Yakup K. ilə Semiha K. naməlum səbəbdən mübahisə edib.

Yakup K. yanında olan silahla Semiha K. və qızı HK-nı güllələyib, daha sonra başına atəş açaraq intihara cəhd edib. Hadisə yerinə polis və tibbi yardım briqadaları göndərilib. Tibb işçiləri ana və 5 yaşlı qızının öldüyünü təyin edib. Yakup K. isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Cinayət anı qonşular tərəfindən qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, azyaşlı qız atasına “Dur,  ata,  vurma” deyə yalvarıb,  buna baxmayaraq kişi qızını silahla vurub.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki