Avropa İttifaqının siyasi rəhbərliyi və biznes nümayəndələri Aİ ilə Rusiya arasında müddəti başa çatan müqavilə ilə əlaqədar Rusiya qazının Ukrayna vasitəsilə nəqlinin təşkili imkanlarını fəal şəkildə müzakirə edirlər.
Qanunla.Az xəbər verir ki, bu barədə Bloomberg xəbər verir.
“Avropa hökuməti və şirkət rəsmiləri Ukraynadakı həmkarları ilə gələn il qaz axınının necə davam etdiriləcəyi ilə bağlı danışıqlar aparırlar”, – deyə nəşrdə qeyd edilib.
Həmçinin bildirilir ki, Avropanı qazla təmin etmək üçün işlənib hazırlanan variantlardan biri də onun Azərbaycanda alınması və daha sonra Rusiya boru kəmərləri vasitəsilə Aİ-yə çatdırılmasıdır.
Belə bir sxemin Avropa İttifaqına Rusiya qazının alınması ilə bağlı “çətinliklərdən” qaçmağa imkan verəcəyi düşünülür