image-qanunla-reklam
image-387531056_1032296137880349_1860642494431284814_n

  Ağsaqqal ömrü

image-lady-day-az

Ağsaqqal ömrü

Oktyabr ayının 2-də “Təmiz Qaz” QSC-nin Direktorun texniki məsələlər üzrə müşaviri Həsənov Vidadi Salahəddin oğlunun 67 yaşı tamam oldu. Əmək  kitabçasında bir tarix də var. 9 oktyabr 1973-cü il. Onun əmək fəaliyyətinə başladığı gün. Deməli, bu gün onun əmək fəaliyyətinin 50 ili tamam olur.

Qanunla.Az xəbər verir ki, Vidadi müəllim uzun illər istehsalatda çalışmışdır. Bakı şəhərində bənna şagirdi kimi işə başlayan Vidadi müəllimin işinə yaradıcı münasibəti, parlaq lider keyfiyyətləri, öz vəzifəsinə sadiqliyi, mürəkkəb məsələlərin həllinə yüksək peşəkarlıqla yanaşması daima inkişafa yönəlmiş fədakar əməyin təcəssümüdür. Karyerasının ilk 17 ilini fəhlə kimi çalışmış və yüksək şəxsi keyfiyyətləri, zəngin təcrübəsi, biliyi ilə fərqlənərək rəhbər vəzifələrinə qədər yüksəlmişdir. Sadalanan nüanslarla yanaşı rəhbərlik etdiyi kollektivin hər bir üzvünə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Vidadi müəllim SOCAR, “Azəriqaz” İB-nin Təmir-tikinti İdarəsinin rəisi vəifəsinə kimi yüksəlmişdir. 65 yaşında əmək pensiyasına çıxan Vidadi müəllim işsiz qala bilməmişdir. O, “Təmiz Qaz” QSC-nin “Direktorun texniki məsələlər üzrə müşaviri” vəzifəsinə işləmək üçün dəvət olunmuş və hal-hazırda bu vəzifədə çalışaraq bilik və bacarıqlarını gənc kadrlardan əsirgəmir.

Vidadi müəllimin əməyi yüksək qiymətləndirilmişdir. O, tikinti sahəsində qazandığı nailiyyətlərə görə “Rəşadətli əməyə görə”, neft-qaz sənayesindəki fədakar əməyinə görə “Tərəqqi” medalları ilə təltif olunmuşdur. SOCAR tərəfindən “Fəxri Neftçi” və “Azərbaycan Respublikasının Əmək Veteranı” adlarına layiq görülmüşdür. Ona “Azəriqaz” İB-nin baş direktorunun və SOCAR prezidentinin “Fəxri Fərman”ları verilmişdir. “Xalqın dəyərli ziyalısı” Fəxri Diplomu ilə mükafatlandırılmışdır.

Vidadi müəllimi təbrik edərək ona can sağlığı, işlərində müvəffəqiyyətlər arzu edirik. Öz dəyərli tövsiyələri ilə hamıya dəstək olmağını arzulayırıq.

image-whatsapp-image-2023-10-05-at-14-20-29image-whatsapp-image-2023-10-05-at-14-20-28


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki