image-qanunla-reklam
image-agcabedi

Ağcabədidə qardaş bacısını dəmir linçlə öldürdü

image-lady-day-az

İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində 1993-cü il təvəllüdlü Səbinə Əli qızı Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Qanunla.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qardaşı 1991-ci il təvəllüdlü Sadiq Əli oğlu Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki