image-qanunla-reklam
image-img-20231128-wa0030

“Açıq mikrofon” aksiyası Quşçu kəndində keçirildi

image-lady-day-az

SOCAR-ın “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Daşkəsən rayonunun Quşçu kəndində təşkil olunub. Kənd camaatının aksiyada ünvanladığı müxtəlifyönümlü müraciətlərin sayı 10-dan çox olub.

Qanunla.Az xəbər verir ki, abonentlərdən 3 nəfər fərdi qaz tənzimləyicisinin nasaz olmasını Birliyin rəhbər şəxslərinin diqqətinə çatdırıb. Çıxış edən 2 nəfər sakin isə qaz sayğacının yerinin dəyişdirilməsini xahiş edib. Küçə qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı isə 1 müraciət ünvanlanıb. Şəmkir RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin yerində araşdırılaraq Birliyin səlahiyyətləri çərçivəsində həllinə nail olunacağını bildiriblər.

image-img-20231128-wa0030 image-img-20231128-wa0032 image-img-20231128-wa0031 image-img-20231128-wa0033


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki