image-qanunla-reklam
image-azov-alayi

ABŞ azovçularla bağlı qadağanı götürdü

image-lady-day-az

ABŞ “Azov” döyüşçülərinin Amerika silahından istifadəsinə qoyulmuş qadağanı ləğv edib.

Qanunla.Az xəbər verir ki, bu barədə “Vaşinqton Post” ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

“Hərtərəfli yoxlamadan sonra Ukraynanın 12-ci “Azov” xüsusi təyinatlı briqadası ABŞ Dövlət Departamentinin apardığı “Lihi” yoxlamasından keçib”, – məlumatda deyilib.

Qeyd edək ki, “Lihi” qanunu insan haqlarının pozulmasına yol verən xarici qüvvələrə ABŞ hərbi yardımının göstərilməsini qadağan edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki