image-qanunla-reklam
image-vladimir-zelenski-1

Zelenskidən şok: Əraziləri qaytarmadan atəşkəsə hazırıq!

image-lady-day-az

Rusların işğalı altında olan torpaqlar qaytarılmadan atəşkəsə hazırıq, bir şərtlə ki, Ukraynanın qalan hissəsi NATO-nun “çətiri altında” olsun.

Qanunla.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Skay Nyus”a müsahibəsində deyib.

Onun fikrincə, Ukraynanın işğal olunmamış hissələrinin NATO-ya üzvlüyü “müharibənin qaynar mərhələsinə” son qoya bilər, lakin bir şərtlə ki, NATO Ukraynanın 1991-ci il sərhədlərini tanımağa davam etsin.

“Əgər biz müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, Ukrayna ərazisini NATO çətiri altına almalıyıq, sonra isə işğal olunmuş əraziləri diplomatik yolla geri qaytara bilərik”, – Zelenski bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki