image-qanunla-reklam
image-mark-rutte-nato

Zelenskidən Kurskdakı vəziyyəti soruşacam – Rutte

image-lady-day-az

Ukrayna Prezidenti Vladimir Zelenskini cümə axşamı alyansın Brüsseldəki qərargahında qəbul edəcəm.

Qanunla.Az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.

“Bu gün Zelenski ilə burada, qərargahda görüşəcəyəm. Bu, artıq Kiyev səfərindən və Londondakı görüşdən sonra üçüncü görüşdür”, – o bildirib.

Rutte qeyd edib ki, Zelenskidən Rusiya ilə şərq cəbhəsindəki və Kurskdakı vəziyyət barədə məlumat eşitmək istəyir:

“Onu NATO-dakı son qərarlar barədə də məlumatlandıracağam”.

Qeyd edək ki, Zelenski Avropa Şurasının liderlər səviyyəsində xüsusi iclası üçün Brüsselə gedir və burada Qələbə planını təqdim edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki