image-qanunla-reklam
image-zelenski-bayden-yeni

Zelenskidən Baydenin geri çəkilməsinə reaksiya

image-lady-day-az

Co Baydenin prezident seçkilərindən geri çəkilməsi çətin, lakin güclü qərardır.

Qanunla.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski X hesabında yazıb.

“Bu qərara hörmətlə yanaşırıq. Prezident Baydenə hər zaman minnətdar olacağıq”, – Zelenski qeyd edib.

O, həmçinin ABŞ-ın növbəti rəhbərliyinin Ukraynaya Rusiya ilə münaqişədə dəstəyi davam etdirəcəyinə ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden iyulun 21-də seçki yarışını tərk etdiyini açıqlayıb. O, prezident seçkilərində vitse-prezident Kamala Harrisi dəstəklədiyini bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki