image-qanunla-reklam
image-636608e1a2dd1636608e1a2dd21667631329636608e1a2dcf636608e1a2dd0

Zəfər Günü

image-lady-day-az

Zəfər Günü

27 Sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar,minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində                          4oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan,                       25oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən,noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan  etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması,1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarının birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.

2020-ci ilin noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər,dekabrın 1-də Laçın rayonları azad edilmişdir.

Zərdab rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin əməkdaşı-Fatimə Veyisova

 

 

Azərbaycan xalqının tarixi qələbəsi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatının və yeni  işğal planlarının qarşısını almaq, işğal  altında olan torpaqlarımızı azad etmək məqsədilə   2020-ci il sentyabrın 27-dən etibarən başladığı Zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir cox kəndləri, Tərtər rayonunun Suqovşan kəndi, Zocalı və  Laçın rayonlarının bir neçə  kəndləri daxil olmaqla, ümumilikdə 3000-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətləriundə mühüm strateji yüksəkliklər işğaldan azad  edilmişdir.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin azad edilməsi  dünya hərb tarixinə düşəcək unikal hərb əməliyyatlardan olmuşdur. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyinbdə həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məhdudiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nufuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə  hər il noyabrın 8-i Azərbaycan Respublikasında  Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Yaşasın Ali Baş Komandan !

Eşq olsun Müzəffər Azərbaycan Ordusuna

Qarabağ Azərbaycandır!

Zərdab rayon MKS-nin Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri -Gülnaz Məmmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki