Yunanıstanın paytaxtı Afinada “rus mafiyası”nın üzvləri həbs edilib.
Qanunla.Az xəbər verir ki, bu barədə “Proto Tema” qəzetinin saytı məlumat yayıb.
Məlumata əsasən, bir neçə gün əvvəl mütəşəkkil cinayətkarlıqla mübarizə aparan polis əməkdaşları Yunanıstanda xaricdən kriminal rəhbərlərin də iştirak edəcəyi toplantının keçiriləcəyi barədə məlumat alıblar. Görüşün məqsədi məlum olmayıb, lakin polis nümayəndələri onun iştirakçılarının ağır cinayətə hazırlaşdıqlarını düşünürlər.
Qəzetin informasiyasına görə, iclasda təxminən 15 nəfər iştirak edib.
Yunanıstanda həbs edilən mafiya liderlərinin adları açıqlanmayıb.