Noyabrskda 13 və 14 yaşlı məktəblilər helikopteri yandırıblar.
Qanunla.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, sentyabrın 11-nə keçən gecə iki yeniyetmə hava limanında helikopter meydançasına daxil olaraq Mİ-8-ə tez alışan maye tökərək yandırıblar. Tezliklə onlar saxlanılıb. Məktəblilərin siqaretlə helikopteri yandırdıqları qeyd edilir. Mi-8 demək olar ki, tamamilə yanıb. Azyaşlıların valideynləri yanğına görə beş milyon rubl cərimələniblər.