image-qanunla-reklam
image-coy-sonq-hi

Yeni dünya düzəni: Rusiya qalib gələcək – Çoy Sonq

image-lady-day-az

Rusiya suveren hüquqların və təhlükəsizliyin qorunması, eləcə də çoxqütblü dünyanın yaradılması uğrunda mübarizədə qalib gələcək.

Qanunla.Az xəbər verir ki, bunu Şimali Koreyanın xarici işlər naziri Çoy Sonq Hi deyib.

O bildirib ki, Rusiya ordusu və xalqı Prezident Vladimir Putinin ətrafında birləşəcək.

“İki xalq arasında ənənəvi dostluq əlaqələri hazırda Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen İn arasında ən səmimi yoldaşlıq münasibətləri sayəsində yeni qızıl dövrünü yaşayır. Pxenyanın mövqeyi Rusiyanı hər sahədə dəstəkləməkdir”, – o vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki