image-qanunla-reklam
image-1729759644-putin

“Yaxın Şərq genişmiqyaslı müharibə astanasındadır” – Putin

image-lady-day-az

Yaxın Şərq genişmiqyaslı müharibə astanasındadır. 

Qanunla.Az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kazanda keçirilən “BRICS+/outreach” sammitində çıxışı zamanı deyib.

“Əksəriyyəti mülki şəxslər olan 40 mindən çox insan artıq Qəzza zolağında gedən döyüşlər zamanı həlak olub”, – Rusiya lideri bildirib.

O əlavə edib ki, Qəzzada başlayan hərbi əməliyyatlar Livana da yayılıb: “İran-İsrail qarşıdurmasının temperaturu kəskin şəkildə yüksəlib. Bütün bunlar zəncirvari reaksiyaya bənzəyir və Yaxın Şərqi genişmiqyaslı müharibənin astanasına qoyur”.

Putin vurğulayıb ki, İsrail-Fələstin münaqişəsinin həlli İsraillə dinc yanaşı yaşayacaq müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə olmalıdır: “Fələstin xalqına qarşı tarixi ədalətsizliyin aradan qaldırılması Yaxın Şərqdə sülhün təminatına çevrilə bilər. Nə qədər ki, bu məsələ həll olunmayıb, şiddətin amansız zəncirini məhv etmək mümkün olmayacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki