image-qanunla-reklam
image-yangin-ev

Uşaqları qonşuya qoydu: ev yandı, 6 aylıq körpə öldü

image-lady-day-az

Goranboyda evdə başvermiş yanğın zamanı ağır xəsarət alan körpə dünyasını dəyişib.

Qanunla.Az xəbər verir ki, Goranboy rayon Veyisli kəndində başvermiş yanğın nəticəsində ağır yanıq xəsarətləri alan 6 ay yarımlıq uşaq göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.

***

Goranboyda 6 aylıq körpənin yanaraq ölməsi ilə bağlı təfərrüat məlum olub.

Veyisli kəndində 1998-ci il təvəllüdlü Vüsalə Mamedova azyaşlı uşaqlarını qonşusunun evində nəzarətsiz qoyub. Bu zaman qadının böyük oğlu (azyaşlıdır) kibritlə ehtiyatsız davranması nəticəsində evin mətbəxində yanğın baş verib və 6 aylıq körpə ağır yanıq xəsarətləri alıb.

Xəstəxanaya yerləşdirilən körpə həkimlərin səyinə baxmayaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki