Ümidliyik ki, COP29-da iqlim maliyyələşməsi ilə bağlı müsbət və dünya dövlətlərinin gözləntisinə uyğun olan qərar qəbul olunacaq.
Qanunla.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir xatırladıb ki, bu il keçirilən COP-un əsas mövzusu iqlim maliyyələşməsidir:
“Bununla bağlı COP-a hazırlıq dövründə intensiv danışıqlar, müzakirələr aparılırdı. Bu müzakirələr hal-hazırda da davam edir”.