Qərbin Ukraynaya F-16 qırıcıları tədarükü döyüş meydanındakı vəziyyəti dərhal dəyişməyəcək.
Qanunla.Az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Qeyd olunur ki, bu, təlim keçmiş pilotların çatışmazlığı və məhdud sayda qırıcı təyyarələrlə bağlıdır:
“Pilotlar əcnəbi olacaqlar, bu bir faktdır. Çünki Qərbin hətta ukraynalı pilotları uçuş və eniş üçün yenidən hazırlamaq imkanı belə yox idi”.
Bildirilir ki, hətta Qərb mətbuatı artıq öz görünüşü ilə müharibənin gedişatını dəyişməyə qadir olan “möcüzəli silahlar”ı təsvir etməyə çalışmır. Təriflənmiş “Abrams” və “Leopard” haqqında kifayət qədər hekayələr var.