image-qanunla-reklam
image-7a42846820f29989f7627d8a5e8b80ad

Ukraynada rus kilsəsi artıq mövcud olmayacaq- Zelenskidən QADAĞA

image-lady-day-az

Ukrayna prezidenti Vladimir Zelenski ölkədə Rus Pravoslav Kilsəsinin və Rusiya ilə əlaqəli dini qurumların fəaliyyətini qadağan edən qanunu imzalayıb.

Qanunla.Az xarici agentliklərə istinadən xəbər verir ki, bu həftənin əvvəlində sənəd Ali Rada tərəfindən təsdiqlənib.

Qanun ilk növbədə ölkənin ən böyük xristian kilsəsi olan, əvvəllər “Ukrayna Pravoslav Kilsəsi (Moskva Patriarxlığı)” kimi tanınan “Ukrayna Pravoslav Kilsəsi”nin fəaliyyətinə aiddir.

Qanunun rəsmi dərcindən 30 gün sonra qüvvəyə minməsi gözlənilir, lakin artıq indidən rus kilsəsinin icmalarına Moskva ilə bütün bağlantıları kəsmək üçün doqquz ay vaxt verilib. Bununla da Ukraynada Rus Pravoslav Kilsəsinin fəaliyyəti qadağan olunub.

Qeyd edək ki, Ukrayna hökumətinin bu qərarına ilk etirazlardan biri Ermənistandan gəlib.
Bütün ermənilərin katolikosu II Qaregin “Ukrayna hakimiyyətini pravoslav icmasının tarixən formalaşmış birliyini pozmamağa” çağırıb. Bu barədə Erməni kilsəsini media nümayəndəsi Yesai Artenyan Qareginin adından bəyanat verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki