Ukraynanın hərbi sənaye kompleksi bir il ərzində 6 dəfə artıb.
Qanunla.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Ukraynanın ÜDM-i sabitdir və faktiki olaraq artır, hərbi-sənaye kompleksi bir il əvvəllə müqayisədə 6 dəfə böyükdür. Ukrayna indi müharibədən əvvəlki qədər taxıl ixrac edir və yenidən insanları və xalqı qidalandırır. Biz birlikdə ona iqtisadi dayanıqlıqdan iqtisadi dirçəlişə keçməyə kömək edə bilərik”, – deyə Ağ Ev rəhbəri bildirib.