İyulun 30-na keçən gecə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Kursk vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 4 raketi məhv edib.
Qanunla.Az xəbər verir ki, bunu region rəhbərinin səlahiyyətlərini icra edən Aleksey Smirnov deyib.
O bildirib ki, vurulan raketlərin parçaları şəhərin həyətlərinə düşüb. Dağıntı və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, səhər saat dörd radələrində bütün bölgədə raket xəbərdarlığı elan edilib.